Medianews.az
"Qarabağ" Antalyada Polşa klubu üzərində
60 baxış

"Qarabağ" Antalyada Polşa klubu üzərində qələbə qazandı

Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" komandası növbəti yoxlama oyununda da qələbə qazanıb.

Medianews.az xəbər verir ki,  Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Polşanın "Zaqlembe" komandasına qalib gəlib - 3:1.

Ağdam təmsilçisinin heyətində Leandro Andrade (6), Abdullah Zubir (56) və Joni Montiel (69) fərqləniblər.

Qeyd edək ki, Ağdam təmsilçisi daha əvvəl Özbəkistanın "Neftçi" klubunu beş cavabsız qolla üstələyib, Xorvatiyanın "Osiyek" kollektivini 3:1 hesabı ilə məğlub edib.

Bizə qoşulun