Medianews.az
Kadırovun oğlu qəzaya düşdü -
55 baxış

Kadırovun oğlu qəzaya düşdü - Vəziyyəti ağırdı

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya uğrayıb.

Medianews.az xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.

Bildirilib ki, hadisə nəticəsində yaralanan Adəm Kadırov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edilib ki, o, hazırda reanimasiyadadır və  Moskva şəhərinə təxliyə üçün hazırlanır.

Qəzada bir nəfərin öldüyü də vurğulanıb.

İnternetdə yayılan məlumatlara görə, Adəm Kadırovun korteji yüksək sürətlə hərəkət edib. Qarşıdakı maşın qəfildən maneə ilə qarşılaşıb və avtomobillər bir-birinə çırpılmağa başlayıb.

Bizə qoşulun