ABŞ prezidenti Donald Tramp Nyu-York şəhərində keçirilən mer seçkiləri öncəsi qalmaqallı açıqlama verib.
Medianews.az xəbər verir ki, o, müsəlman və solçu namizəd Zöhran Məmdaninin seçkilərdə qalib gələcəyi halda şəhərə ayrılan federal maliyyələşdirmənin dayandırıla biləcəyini bildirib.
Tramp daha əvvəl Məmdanini “kommunist ruhi xəstə” adlandıraraq, belə bir şəxsin rəhbərliyində Nyu-Yorkun “yaşamaq bir yana, uğur qazanmaq şansı belə olmayacağını” söyləyib.
Ən son seçki sorğularına görə, Demokrat Sosialist Partiyasının namizədi Zöhran Məmdani səslərin 56 faizini toplayaraq əsas rəqibi, keçmiş Nyu-York qubernatoru Endryu Kuomodan 12 faiz fərqlə irəlidədir.
Fələstinə dəstək bəyanatları və İsrailin Qəzzada törətdiyi insan haqları pozuntularını tənqid etməsi ilə tanınan Məmdani qalib gələcəyi halda Nyu-York tarixində ilk müsəlman və Cənubi Asiya mənşəli mer olacaq.
Nyu-Yorkda erkən səsvermə artıq başa çatıb.
Trampın bəyanatı seçki ərəfəsində böyük rezonans yaradıb və bir çox siyasətçi onun bu açıqlamasını seçkiyə müdaxilə kimi qiymətləndirib.
Medianews.az
