Medianews.az
Serdar Kılıçdan erməni nazir müavininə bahalı hədiyyə
101 baxış

Serdar Kılıçdan erməni nazir müavininə bahalı hədiyyə

Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçın rəhbərlik etdiyi nümayəndə heyətinin İrəvana səfəri zamanı xarici işlər nazirinin müavini Vahan Kostanyana hədiyyə təqdim edib.

Milli.Az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Səfər zamanı Serdar Kılıç Kostanyana bəzədilmiş gümüş boşqab hədiyyə edib.

Vahan Kostanyan hədiyyəni Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına təqdim edib. Boşqabın dəyəri 101 228 dram (təxminən 255 manat) olaraq qiymətləndirilib.

Qeyd edək ki, Ermənistan qanunvericiliyinə görə, dəyəri 60 min dramdan (təxminən 150 manat) artıq olan hədiyyələr məmurlar tərəfindən dövlətə və ya ictimai fondlara təhvil verilməlidir.

Bizə qoşulun