Medianews.az
Özcan Denizin “Ağzı əyilib” deyilən iranlı həyat yoldaşı səssizliyini pozdu -
90 baxış

Özcan Denizin “Ağzı əyilib” deyilən iranlı həyat yoldaşı səssizliyini pozdu - FOTO

Məşhur müğənni Özcan Denizin iranlı həyat yoldaşı Samar Dadqar paylaşdığı fotolarla diqqət mərkəzindədir.

Musavat.com xəbər verir ki, estetik əməliyyat etdirdiyi ilə bağlı iddiaların gündəmə gəlməsindən sonra Dadqar öz sosial media hesabında mövzuya münasibət bildirib.

SAMAR.jpg (54 KB)

O qeyd edib:

“Dostlar, sakit olun, estetikdən ağzım əyilməyib. Mən uşaqlıqdan belə danışmışam. Üstəlik, estetik əməliyyatım yoxdur. Sadəcə illər əvvəl çox uğursuz bir diş həkimi ilə qarşılaşmışdım. Dodaqlarımda ekzema var, izləyicilərim də bilir. İllərdir bununla mübarizə aparıram - stressdən yaranıb, son 4 ildir davam edir. Bunun üçün yalnız cavanlaşdırıcı dolğu var ki, dodaq baryeri zədələnməsin, nəmlənsin deyə edilib. Hamının ürəyi rahatdırsa, dağıla bilərsiniz… Burnum da tamamilə özümündür. Çənə dolğusu və ya botoks da yoxdur, təşəkkürlər”.

Bizə qoşulun