Medianews.az
Bu ölkədə turizmdən əldə edilən gəlir hədəflənən
229 baxış

Bu ölkədə turizmdən əldə edilən gəlir hədəflənən 64 milyard dolları ötür

Bu ilin yanvar–sentyabr ayları ərzində Türkiyə turizmdən 50 milyard dollar gəlir əldə edib. Ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artım təşkil edən bu rəqəm bütün dövrlərin 9 aylıq gəlir rekordunu yeniləyib.

Publika.az xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlayıb.

Nazir bildirib ki, son rübün göstəriciləri də olduqca müsbətdir. İlin sonu turizmdən əldə edilən gəlir hədəflənən 64 milyard dolları ötəcək.

O qeyd edib ki, bununla bağlı təxminən 200 ölkədə tanıtım fəaliyyətləri həyata keçirilir, mədəniyyət sahəsində də cümhuriyyət tarixində ilk dəfə reallaşdırılan işlər var və sahə üzrə ard-arda yeni rekordlar qırılır.

Bizə qoşulun