Medianews.az
Britaniyada pab sahibi nazir və deputatları öz obyektinə niyə buraxmır?
130 baxış

Britaniyada pab sahibi nazir və deputatları öz obyektinə niyə buraxmır?

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz, ölkədə artan vergilər səbəbindən müəssisənin sahibi onu qara siyahıya saldıqdan sonra artıq sevimli pablarından birinə baş çəkə bilməyəcək.

Bu barədə həftəlik "Dailymail" nəşri məlumat yayıb.

Qeyd olunur ki, Marsh Inn pabının sahibi Martin Nouls təkcə Rivzsin deyil, həm də hakim Leyboristlər Partiyasının bütün millət vəkillərinin girişini qadağan edib.

O, müəssisənin müştərilərinin bu xəbəri məmnuniyyətlə qarşıladığını qeyd edib. Nəşr əlavə edib ki, Rivz məhz bu pabda 2024-cü ilin iyul ayında keçirilən ümumi seçkilərdə Leyboristlərin qələbəsini qeyd edib. Nouls nazirin yalnız vergilər azaldıldıqdan sonra müəssisəyə qayıda biləcəyini vurğulayıb.

Ötən həftə televiziya aparıcısı Ceremi Karkson vergi artımları səbəbindən bütün Leyborist millət vəkillərini pabına buraxmayıb. Beləliklə, o, hökumətin büdcəsindən narazı olan pab sahiblərinin başlatdığı ümumxalq "Leyborist millət vəkillərinə yox" kampaniyasına qoşulub./Report

Bizə qoşulun