Medianews.az
Fenomenin müəmmalı ölümü:
193 baxış

Fenomenin müəmmalı ölümü: 10-cu mərtəbədən yıxıldı, əri saxlanıldı - FOTO

Braziliyada tanınmış sosial media fenomeni Maria Katiane Gomes da Silva 10-cu mərtəbədə yıxılaraq həyatını itirib.

Medianews.az xəbər verir ki, hadisə Sao Paulo şəhərində baş verib.

25 yaşlı Gomes da Silvanın həyat yoldaşı Alex Leandro Bispo dos Santos hadisədən sonra saxlanılıb. O, ilkin ifadəsində həyat yoldaşının intihar etdiyini iddia edib. Lakin polis tərəfindən araşdırılan təhlükəsizlik kamerası görüntüləri bu versiyanı təkzib edib.

İstintaq zamanı məlum olub ki, qadın ölümündən az əvvəl fiziki zorakılığa məruz qalıb. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları qadının həyatını xilas edə bilməyib.

Hazırda istintaq davam edir. Hadisə Braziliya ictimaiyyətində geniş rezonans doğurub.

Medianews.az

Bizə qoşulun