Medianews.az
Ermənistan: doğum 5, nikah 12,5 faiz azalıb,
88 baxış

Ermənistan: doğum 5, nikah 12,5 faiz azalıb, ölüm, boşanma artıb

Ermənistanın Statistika Komitəsi 2025-ci il oktyabrın 1-nə ölkə əhalisinin sayını 3 milyon 90 min 500 nəfər göstərib. 

Medianews.az xəbər verir ki, yanvar-sentyabr aylarında 23 min 698 nəfər doğulub, 19 min 64 nəfər vəfat edib, 10 min 238 nikah, 3 min 617 boşanma qeydə alınıb.

2024-cü ilin eyni dövrü ilə müqayisədə doğumun 5 faiz, nikahların 12,5 faiz azaldığı, ölənlərin 0,6 faiz, boşanmaların 5,7 faiz artdığı xəbər verilir.

Medianews.az

Bizə qoşulun