ABŞ-də oğru qadına hücum edərək barmağını dişləyib.
Medianews.az xəbər verir ki, hadisə Sietldə baş verib.
88 yaşlı qadın evinin eyvanında qarət edilib. Naməlum kişi ona yaxınlaşaraq qiymətli əşyalar tələb edib. O, imtina etdikdə, tanımadığı şəxs onu döyməyə başlayıb. Onu sürüyərək qaraja aparıb, orada döyməyə davam edib, sonra barmağını dişləyib. Təqaüdçü köməyə çağıra bilib. Qonşular onu eşidib, bundan sonra təcavüzkar oğurladığı qızıl-zinət əşyaları ilə qaçıb.
Detektiv Brian Pritchard bildirib ki, kişi yaşlı qadının qolunu ciddi şəkildə yaralayıb. O, qurbanın "cinayətkarın onu öldürməyə cəhd etdiyinə" əmin olduğunu bildirib. Şübhəli hələ də tutulmayıb.
Medianews.az