Medianews.az
Bu ölkə Rusiya ilə mümkün müharibəyə əsaslanan
83 baxış

Bu ölkə Rusiya ilə mümkün müharibəyə əsaslanan təlimlər keçirdi

Avropanın müdafiə nazirləri və generalları Rusiya ilə potensial müharibəni simulyasiya etmək üçün hazırlanmış təlimlərdə iştirak ediblər.

Medianews.az xəbər verir ki, bu barədə “Politico” yazıb.

Qeyd olunur ki, Norveçdə keçirilən təlimlər zamanı iştirakçılardan “Rusiyanın düşmənçilik hərəkətləri” barədə xəbərlər aldıqda hansı tədbirləri görəcəklərini müəyyənləşdirmək istənilib.

Ssenariyə əsasən, müdafiə nazirləri və generallara baş verən hadisələrlə bağlı qəzet məqalələri, kəşfiyyat məlumatları ilə bağlı fraqmentlər və sosial şəbəkələrdəki yazılar verilib və bu yazılar əsasında onlardan optimal cavabı müəyyənləşdirmək istənilib.

Böyük Britaniyanın müdafiə naziri Con Healey təlimləri şərh edib: "Bu ölkələr (Şimali Avropa ölkələri) Rusiya ordusu ilə qonşuluqda yaşayırlar. Biz riskləri qiymətləndirmək, təhdidlərə ən yaxşı cavab vermək və NATO-nu bu təhdidlərə daha ciddi yanaşmağa məcbur etmək üçün ən yaxşı mövqedə olan ölkələrik".

Medianews.az

Bizə qoşulun