“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü ilə bağlı Bakıda keçiriləcək hərbi paradda iştirak etmək üçün Azərbaycana səfər edəcək”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran “X” hesabında yazıb.
Onun sözlərinə görə, Türkiyə lideri Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də paradda iştirak etmək üçün Bakıda səfərdə olacaq Pakistan Baş naziri Şahbaz Şəriflə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaq.