Mütəxəssislər ayaqdakı çəçələ barmağının vacib funksiyasını izah ediblər.
Medianews.az bu barədə Unian-a istinadən xəbər verir.
Bir təcrübədə tədqiqatçılar müxtəlif barmaq uzunluqlarının effektivliyini sınaqdan keçiriblər. Onlar, uzun barmaqlara sahib insanların qaçmaq üçün xeyli enerji sərf etdiklərini aşkar ediblər. Bu da qısa barmaqların üstünlüyünü göstərir.
Lakin başqa bir araşdırma göstərib ki, sprinterlərin uzun barmaqları onlara daha çox enerji sərf etmələri bahasına qısamüddətli sürət üstünlüyü verir. Podoloq Bryus Pinker bildirib ki, ayaqdakı çəçələ barmağının məqsədi tarazlığı və irəli hərəkəti təmin etməkdir. O qeyd edib ki, çeçələ barmaq digər bir neçə barmaqdan daha vacib funkisiyaya malikdir.
Həkim Vendjay Sunq bildirib ki, çəçələ barmaq tarazlığı qorumaq üçün önəmlidir: "Biz sanki ştativdə gəzirik, burada baş barmağın oynağı, çəçələ barmağın oynağı və daban ştativdə gəzmək qabiliyyətinə malikdir. Əgər bu ştativdən bir hissəni çıxarsanız, tarazlığınızı itirirsiniz".
Mütəxəssislər həmçinin bildiriblər ki, bu və ya digər səbəbdən çəçələ barmağın itirilməsi yerişdə dəyişiklik və ya hətta tarazlığın dəyişilmə səbəbindən yıxılmalara səbəb ola bilər.
Medinews.az