Medianews.az
“AzəriLayt” 56 sent bahalaşıb
250 baxış

“AzəriLayt” 56 sent bahalaşıb

Noyabrın 4-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 66,43 dollara satılır. Bu, ayın start qiymətindən 56 sent yuxarı göstəricidir.

Medianews.az bildirir ki, 2025-ci ilin dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb, “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01, avqusta 72,70, sentyabra 70,54, oktyabra 69,86, noyabra 65,87 dollarla başlayıb.

Yanvar-sentyabr aylarında ölkədə kondensatla birlikdə 20,7 milyon ton neft çıxarılıb, xaricə 8,9 milyard dollarlıq xam neft və xam neft məhsulu göndərilib.

İxracatçıların OPEK+ koalisiyası Azərbaycan üçün xam neftin hasilat normasını 551 min barrel müəyyən edib.

OPEK-ə Birləşmiş Ərəb Əmirlikləri, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Liviya, Qabon, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela daxildir, Azərbaycan, Bəhreyn, Braziliya, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan tərəfdaşlar sayılır.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun