Dövlət Statistika Komitəsinin hesabatına görə, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 1 faiz artıb.
Medianews.az bildirir ki, 2011 və 2017-ci illəri çıxsaq, 1 faizlik göstərici Azərbaycanda ÜDM artımında ən aşağı göstəricidir. Belə ki, 2011-ci ildə Azərbaycanda ÜDM 0,1 faiz, 2017-ci ildə 0,2 faiz artmışdı.
Azərbaycanda ÜDM-in artdığı digər illərdə isə göstəricilər belə olub:
2015-ci il - 1,1 faiz artım
1996-cı il - 1,3 faiz artım
2023-cü il - 1,4 faiz artım
2018-ci il - 1,5 faiz artım
2012-ci il - 2,2 faiz artım
2019-cu il - 2,5 faiz artım
2014-cü il - 2,8 faiz artım
2024-cü il - 4,1 faiz artım
2022-ci il - 4,7 faiz artım
2010-cu il - 5 faiz artım
2021-ci il - 5,6 faiz artım
1997 və 2013-cü illər - 5,8 faiz artım
1999-cu il - 7,4 faiz artım
2009-cu il - 9,3 faiz artım
2001-ci il - 9,9 faiz artım
1998-ci il - 10 faiz artım
2004-cü il - 10,2 faiz artım
2002-ci il - 10,6 faiz artım
2008-ci il - 10,8 faiz artım
2000-ci il - 11,1 faiz artım
2003-cü il - 11,2 faiz artım
2007-ci il - 25 faiz artım
2005-ci il - 26,4 faiz artım
2006-cı il - 34,5 faiz artım.
1995-ci ildə ÜDM 11,8 faiz, 2020-ci ildə 4,2 faiz, 2016-cı ildə 3,1 faiz azalıb.
Toğrul Əli,
Medianews.az