Medianews.az
Yemək üçün bir-birilərini
73 baxış

Yemək üçün bir-birilərini əzdilər - VİDEO

Hindistanın Qucarat əyalətində bir Hindu məbədində ibadətdən sonra paylanan 3 ton nəzir yeməyi talan edilib.

“Qafqazinfo” xəbər verir ki, insanların yeməyi əldə etmək üçün bir-birini əzdiyi görüntülər sosial mediada gündəm olub.

Hadisə zamanı məbəd ətrafında qısa çaxnaşma baş verib. Məbədin ətrafında kifayət qədər təhlükəsizlik və nizam olmadığı üçün izdiham nəzarətdən çıxıb.

Məlumata görə, məbəddə keçirilən dini mərasimdən sonra ibadət edənlərə prasad (nəzir yeməyi) paylanıb. Paylama başlayan kimi izdiham sürətlə artıb. Müdaxiləyə baxmayaraq, çox qısa müddətdə təxminən 3 ton nəzir yeməyi yeyilib.

Şahidlər bəzilərinin yeməyi kisələrdə və qablarda daşımağa çalışdıqlarını bildiriblər.

Bizə qoşulun