Dekabrın 10-da Azərbaycanın müxtəlif regionlarında 12 torpaq hərracı keçiriləcək.
Medianews.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) məlumat verib.
Hərraclar Dövlət Xidmətinin Sumqayıt, Abşeron, Lənkəran, Zərdab, Qazax, Ağstafa, Şabran, İmişli və Balakən ərazi şöbələrində təşkil olunacaq. Satışa bələdiyyə orqanlarına məxsus 12 torpaq sahəsi çıxarılacaq.
Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.