Medianews.az
Gələn il Azərbaycanda benzin
55 baxış

Gələn il Azərbaycanda benzin BAHALAÇACAQ?

Xəbər verdiyimiz kimi, növbəti ildən Azərbaycanda istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinə 0,02 manatdan 0,07 manata kimi artırılacaq. Bu qərar fonunda ölkə ərazisində benzinin bahalaşacağı barədə söyləntilər daha da aktuallaşıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Pravda.az-a açıqlamasında deyib ki, 1 manat, yaxud 1 manat 10 qəpiyə satılan yanacağın içində aksiz də var.

İlham Şaban:

 

“Aksiz nədir? Dövlətə gedən verginin bir növü. Bunun miqdarı artanda, benzinin satış qiyməti də artmalıdır ki, satıcının ehtiyaclarını ödəyə bilsin. Məsələn, xaricdə xam neftin alış qiymətləri dəyişdiyində qiymət də “oynayır”, lakin ilin yekununa görə, o qədər də artıma gətirib çıxarmır. Bizdə isə daxili bazarda “Azneft” İstehsalat Birliyinin Heydər Əliyev adına Neft Emalı Zavoduna satdığı neftin qiyməti stabildir. Dünya bazarında 50 dollar, yaxud 150 dollar olsun, eyni qiymətdir. Bu baxımdan, daxili bazarda aksizlərin, yaxud hansısa komponentin dəyişməsi qiymətin korreksiyasına gətirib çıxaran amildir", - o bildirib.

Bizə qoşulun