Medianews.az
Sarkisyanın Ermənistandan çıxışına
76 baxış

Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyuldu

Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyulub.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, sabiq prezidentə qarşı yeni ittiham irəli sürülüb.

Bildirilir ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi 2019-cu ildə baş vermiş hadisəyə görə ölkənin üçüncü prezidentinin Ermənistanı tərk etməsini məhdudlaşdırıb.

Tərəfdarları iddia edir ki, bu qərar məhkəmənin Sarkisyanın ölkədən çıxışına qadağa qoymaq üçün prokurorluğun vəsatətini təmin etməməsi ilə bağlıdır.

Bizə qoşulun