Qərbi Qazaxıstan bölgəsində şaxtalı hava şəraitində üç nəfər donaraq həyatını itirib.
AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, əvvəl müxtəlif rayonların sakinləri itkin düşmüş kimi qeydə alınıblar.
Dekabrın 15-i isə onlardan üç kişinin cəsədi tapılıb. Onlar Janibek rayonunun 57, Bokeyord rayonunun 25 və Kaztalov rayonunun 35 yaşlı sakinləridir. Onların hamısı hipotermiyadan ölüblər.
Məlumata görə, Akjayık rayonunun 54 yaşlı sakini sağ tapılıb, lakin onun əlləri və ayaqları donub.
Janibek rayonunun 59 yaşlı sakini isə hələ də itkin düşmüş sayılır və onun axtarışı aparılır.