“Tiktokda mənim adıma pul yığılır. Buna inanmayın”.
Bu barədə sosial media hesabında əməkdar artist Tahir İmanov paylaşım edib.
O əlavə edib ki, bu, dələduzluqdur:"Sizdən xahiş edirəm ki, belə şeylərə inanmayın".
T.İmanov videoçağırış zamanı hüquq-mühafizə orqanlarına da səslənib. Bu məsələnin hüquqi əksini tapmasını rica edib.
Əməkdar artist qeyd edib ki, əgər həqiqətən kiməsə müraciət etmək istəsə, "planetparniizbakuofficial" səhifəsindən edə bilər:
"Digər səhifələrdən müraciətim bilin ki ya süni intellektdir, ya da dələduzluqdur və ya yalandır"./Sfera.az/