Medianews.az
Niderland parlament seçir
871 baxış

Niderland parlament seçir

Oktyabrın 29-u Niderland Krallığında parlamentin aşağı palatasına (Təmsilçilər Palatası) növbədənkənar seçki keçirilir.

Medianews.az bildirir ki, proporsional üsulla (partiya siyahıları üzrə) seçilən Təmsilçilər Palatası 150 nəfərlikdir.

75 nəfərlik yuxarı palata (Senat) bölgələr üzrə seçkidə formalaşır.

Təmsilçilər Palatasında 76 deputatı olan qüvvənin hökumət qurmaq hüququ var. 29 oktyabr seçkisində 27 partiya yarışır.

2023-cü il noyabrın 22-də keçirilmiş parlament seçkisində millətçi Azadlıq Partiyası üstün gəlib, ancaq 2024-cü ilin yayında qurulan koalisiya hökuməti bir il sonra dağılıb və növbədənkənar seçki təyin olunub.

Rəy sorğuları yenə Azadlıq Partiyasını öndə göstərir.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun