Medianews.az
Prezidentin "Azərbaycan Bayrağı" ordeni ilə təltif etdiyi Rəfail Mirzəyev kimdir? -
144 baxış

Prezidentin "Azərbaycan Bayrağı" ordeni ilə təltif etdiyi Rəfail Mirzəyev kimdir? - DOSYE

Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə general-leytenant Rəfail Xalid oğlu Mirzəyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Rəfail Mirzəyevin dosyesini təqdim edirik.

Rəfail Xalid oğlu Mirzəyev 19 fevral 1959-cu ildə Gürcüstan SSR Marneuli rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.[1]

Rəfail Mirzəyev Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışmışdır. 3 may 2006-cı ildə bu vəzifədən azad edilərək Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini təyin edilmişdir. 31 oktyabr 2007-ci ildən Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun üzvü olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə Rəfail Mirzəyevə 17 yanvar 2002-ci ildə gömrük xidməti general-mayoru, 28 yanvar 2005-ci ildə gömrük xidməti general-leytenantı ali xüsusi rütbələri, 3 may 2006-də isə general-leytenant ali hərbi rütbəsi verilmişdir.

Ailəlidir, 3 övladı var./Milli.az/

Bizə qoşulun