Medianews.az
Məşhur türk müğənniyə
57 baxış

Məşhur türk müğənniyə qan xərçəngi diaqnozu qoyuldu - FOTO

Şimali Makedoniya əsilli müğənni "Cansever" (Dzansever Dalipova) qan xərçəngi - leykemiya xəstəliyinə tutulub.

Milli.Az xəbər verir ki, hazırda Almaniyada yaşayan sənətçi bu barədə sosial şəbəkə hesabı vasitəsilə ictimaiyyətə müraciət edib. O, müalicə prosesinə başladığını və bu səbəbdən səhnə fəaliyyətini müvəqqəti olaraq dayandırdığını bildirib.

Müğənni qeyd edib ki, yayılan xəbərlərdən sonra ona çoxsaylı zənglər və mesajlar daxil olur. Hamıya ayrıca cavab verməkdə çətinlik çəkdiyi üçün rəsmi açıqlama verməyi məqsədəuyğun sayıb:

"Deyildiyi kimi, mənə leykemiya diaqnozu qoyulub. Buna görə bu paylaşımı edirəm. Çoxlu zənglər və mesajlar alıram, hər kəsə cavab verə bilmirəm. Lakin inanıram ki, hər şey yaxşı olacaq. Hazırda Almaniyadayam, həkimlərim peşəkardır. Kimyaterapiyaya başlayıram. Allahın adı və dualarınızla, inşallah, bu çətinliyi də geridə qoyacağam. Hamınızı sevirəm və dualarınızı gözləyirəm".

Sənətçi ona göstərilən diqqət və dəstəyə görə təşəkkürünü də ifadə edib.

Bizə qoşulun