Medianews.az
Mehriban Xanlarova:
102 baxış

Mehriban Xanlarova: "Narkoloji və psixoloji dispanserə ona görə getmişdim ki... "

Ötən gün Əməkdar artist Mehriban Xanlarovanın Respublika Narkoloji Mərkəzinə və Psixi Sağlamlıq Mərkəzinə getməsi ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Bu məlumat yayıldıqdan sonra sosial şəbəkələrdə və mediada müxtəlif ehtimallar irəli sürülüb, aktrisanın həmin müəssisələrə yerləşdirilməsi ilə bağlı iddialar ortaya çıxıb.

Musavat.com bildirir ki, yaranmış suallara aydınlıq gətirmək məqsədilə Mehriban Xanlarova daha sonra videomüraciət yayaraq, sözügedən addımının əsl səbəbini ictimaiyyətə açıqlayıb:

“Dünənki açıqlamamdan sonra qohumlarım, dostlarım, hətta qonşularım belə mənimlə əlaqə saxlayıb maraqlanıblar ki, narkoloji dispanserə niyə yerləşdirilmişəm, nə baş verir? Bir daha açıq şəkildə demək istəyirəm ki, mən evimdəyəm. Narkoloji dispanserə yerləşdirilməmişəm. Sadəcə olaraq, həm Narkoloji Mərkəzə, həm də Psixi Sağlamlıq Mərkəzinə özüm getmişəm. Ona görə ki, sabah düşmənlərim haqqımda nəsə danışanda alnım açıq olsun. İstədim ki, hər şey rəsmi şəkildə, analizlərlə, tibbi nəticələrlə sübut olunsun. Analizlərimin cavabları çıxan kimi də onları sizinlə paylaşacağam".

Xatırladaq ki, Əməkdar artist bir müddət əvvəl Akademik Milli Dram Teatrında baş verən qalmaqallardan sonra öz ərizəsi ilə teatrdan ayrılıb.

Bizə qoşulun