Medianews.az
Məşhur jurnalist ölümlə HƏDƏLƏNİR: “Əgər başıma bir iş gələrsə...” -
67 baxış

Məşhur jurnalist ölümlə HƏDƏLƏNİR: “Əgər başıma bir iş gələrsə...” - FOTO

“CNN Türk”ün müxbiri Merve Tokaz ölümlə hədələndiyini bildirib.

Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, Tokaz İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində ifadə verən və sonradan sərbəst buraxılan “Fənərbağça” klubunun prezidenti Sadettin Saranla bağlı hazırladığı xəbərdən sonra təhdidə məruz qaldığını açıqlayıb.

Merve Tokaz bu barədə öz sosial media hesabında qeyd edib:

“Gənc bir xanım jurnalist olaraq onlarla qadına qarşı zorakılıq xəbərlərini işıqlandırmışam. Lakin bu dəfə qadına qarşı zorakılığı şəxsən özüm yaşayıram. Təxminən iki gündür davamlı şəkildə ölüm təhdidləri alıram.

Sadettin Saranın ifadə verməyə çağırılması ilə bağlı mənim etdiyim yeganə şey məhkəmə orqanlarından əldə etdiyim məlumatları olduğu kimi, qərəzsiz şəkildə tamaşaçılara çatdırmaqdır. “Qalatasaray” azarkeşi olduğumu irəli sürərək haqqımda manipulyasiya yaratmaq istəyənlərə cavabım budur: peşəm mənim şərəfimdir.

Məni hədəf göstərənlər arasında jurnalistlərin də olmasına çox məyus oldum. Əgər başıma bir iş gələrsə, bunun məsuliyyətini daşıyanlar sosial mediada açıq-aydın ortadadır. İlahi ədalətə və Türkiyə məhkəmə sisteminə güvənirəm”.

Bizə qoşulun