Medianews.az
Trampdan QALMAQALLI AÇIQLAMA: “FTB agentləri Melaniyanın alt paltarlarını...” -
73 baxış

Trampdan QALMAQALLI AÇIQLAMA: “FTB agentləri Melaniyanın alt paltarlarını...” - VİDEO

ABŞ prezidenti Donald Tramp iddia edib ki, Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları onun Florida ştatındakı Mar-a-Laqo iqamətgahında həyata keçirilən axtarış zamanı həyat yoldaşı Melaniya Trampın alt paltarlarını qarışdırıblar.

Musavat.com xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb. 

Tramp Şimali Karolina ştatında tərəfdarları qarşısında çıxış edərkən deyib:

"Bu heyvanlar Mar-a-Laqoda mənim üstünə hücum etməyə çalışdılar, həyat yoldaşımın dolabına əl atdılar".

Prezidentin sözlərinə görə, evə gəldikdə Melaniyanın səliqəli şəkildə qatlanmış alt paltarı dağınıq vəziyyətdə olub.

Tramp əlavə edib ki, FTB-dən olan "bu iyrənc quldurların" cəzasız qalmasına icazə verə bilməz.

Bizə qoşulun