Medianews.az
Ronaldo və Messi karyeralarını
73 baxış

Ronaldo və Messi karyeralarını niyə başa vurmurlar?

İspaniya millisinin sabiq hücumçusu Alvaro Neqredo Kriştiano Ronaldo və Lionel Messi barədə fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki Alvaro əfsanəvi futbolçuların karyeralarını zirvədə başa vurmaq istəyini vurğulayıb. Neqredonun sözlərinə görə, karyeranı bitirmək hər zaman çətin prosesdir, xüsusilə də bu səviyyədə olan futbolçular üçün. O bildirib ki, həm Ronaldu, həm də Messi fenomenal göstəricilərə imza atıblar, lakin qələbə qazanmaq və ən yaxşı olaraq qalmaq istəyi onları hələ də oynamağa motivasiya edir.

” Karyeranı başa vurmaq heç vaxt asan deyil. Ronaldo da, Messi də inanılmaz sayda qol vurublar. Nöqtəni qoymağın ən yaxşı yolu titul qazanmaqdır. Kriştianonun xarakterini nəzərə alsaq, düşünmürəm ki, o, artıq son sözünü deyib”.

Qeyd edək ki, Kriştiano Ronaldo hazırda Səudiyyə Ərəbistanında “Əl-Nəsr” klubunun formasını geyinir, Lionel Messi isə MLS təmsilçisi “İnter Mayami”də çıxış edir.

Bizə qoşulun