Medianews.az
Moskvadan uçan təyyarə təcili eniş etdi
107 baxış

Moskvadan uçan təyyarə təcili eniş etdi

Moskvadan Antalyaya uçan təyyarə əlverişsiz hava şəraiti səbəbindən Çukurova hava limanına təcili eniş edib.

Ajans.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, “Peqasus” şirkətinə məxsus PC1577 reysi ilə uçan, TC-NBO qeydiyyat nömrəli “Airbus A320 Neo” təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən təyinat yerinə eniş edə bilməyib və Çukurovadakı alternativ hava limanına yönləndirilib.

Bölgədə təxminən 1500 fut yüksəklikdə ildırım və kumulonimbus buludları müşahidə olunub ki, bu da təyyarənin Antalyaya enişini çətinləşdirib.

Bizə qoşulun