Medianews.az
"İnter" Suareslə bağlı
89 baxış

"İnter" Suareslə bağlı qərarını verdi

ABŞ-ın MLS təmsilçisi "İnter Mayami" komandası hücumçu Luis Suareslə əməkdaşlığını davam etdirmək qərarına gəlib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, klubun mətbuat xidməti uruqvaylı futbolçu ilə müqavilənin uzadıldığını açıqlayıb. Yeni razılaşmaya əsasən, 38 yaşlı hücumçu 2026-cı ilin sonunadək "İnter Mayami"nin formasını geyinəcək.

Xatırladaq ki, tərəflər arasında əvvəlki müqavilənin müddəti 2025-ci ilin sonunda başa çatmalı idi.

Qeyd edək ki, Luis Suares 2024-cü ildə "İnter Mayami"yə transfer olunub. Cari mövsümdə o, komandanın heyətində 32 oyunda meydana çıxaraq 10 qola imza atıb və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizə qoşulun