Meksikanın Mexiko ştatında, Toluka şəhərinin beynəlxalq hava limanı yaxınlığında biznes-cet qəzaya uğrayıb.
Bu barədə Milenio qəzeti məlumat yayıb.
Məlumata görə, təyyarə hava limanına yaxınlaşan zaman yerə çırpılıb.
Hazırda göyərtədə olan şəxslərin sayı, eləcə də ölən və yaralananlar barədə rəsmi məlumat yoxdur./Sfera.az/