Medianews.az
Bir gecədə milyonlar havada uçuşdu:
926 baxış

Bir gecədə milyonlar havada uçuşdu: Türk klubları bu pulları necə ödəyir? - VİDEO

Türkiyə Super Liqasında transfer çılğınlığı davam edir.

Medianews.az yerli mediaya istinadən xəbər verir ki, xüsusilə “3 böyük” klubun – “Fənərbağça”, “Qalatasaray” və “Beşiktaş" – son 10 illə müqayisədə transfer xərcləri 500 faiz artıb.

 “Sözcü” qəzetinin yazarı Ercan Taner bildirib:

 “İllərdir bu işi edirik, amma belə bir transfer mövsümünü görməmişdik”.

Futbol iqtisadçısı Tuğrul Akşar isə bu vəziyyəti belə şərh edib:

 “Bu qədər irrasional və maliyyə gücümüzü aşan transferlərə daha əvvəl şahid olmamışam. Bu pullar haradan gəlir? Necə qarşılanır? Bu sualların cavabını tapa bilmirəm.”

 “Qalatasaray” bu yay transferlərə 131 milyon avro xərcləyib. Təkcə bu futbolçular üçün:

  • Osimhen – 75 milyon avro
  • Uğurcan Çakır – 36 milyon avro
  • Singo – 31 milyon avro

 “Fənərbağça” isə 62 milyon avro xərcləyib. Onlardan biri:

  • Kerem Aktürkoğlu – 25 milyon avro

Ekspertlər bu xərclərin klubların real maliyyə imkanlarını aşdığını, gələcəkdə böyük borc və iflas riskləri doğura biləcəyini qeyd edirlər.

Medianews.az

Bizə qoşulun