Medianews.az
"Barselona” azarkeşlərini daşıyan avtobus
80 baxış

"Barselona” azarkeşlərini daşıyan avtobus YANDI - VİDEO

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Barselona” “Brügge” ilə qarşılaşmadan əvvəl xoşagəlməz hadisə ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, ispan klubunun Belçikaya səyahət edən azarkeşlərini daşıyan avtobuslardan biri yanıb.

Hadisə oyun öncəsi Brügge şəhərinə yaxın ərazidə, magistral yolda baş verib. Avtobusun arxa hissəsində tüstü və alovun müşahidə olunmasından sonra nəqliyyat vasitəsi təcili şəkildə dayandırılıb və sərnişinlər təxliyə edilib.

Hadisə yerindən yayılan görüntülərdə qorxu içində olan azarkeşlərin yol kənarında gözlədiyi, avtobusun arxa hissəsinin isə tam alova büründüyü görünür. Qara tüstü səmaya qalxıb, lakin xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Belçikanın HLN nəşrinin məlumatına görə, insidentlə bağlı bir nəfər polis tərəfindən saxlanılıb. İlkin ehtimallara əsasən, yanğına pirotexniki vasitələr – fişənglər səbəb olub.

“Barselona” Çempionlar Liqasının əvvəlki oyunlarında fərqli nəticələr əldə edib. Hansi Flikin komandası turnirə “Nyukasl” üzərində 2:0 hesablı qələbə ilə başlayıb, daha sonra PSJ qarşısında evdə 1:2 hesabı ilə məğlub olub, ardınca isə “Olimpiakos”u 6:1 hesabı ilə darmadağın edib.

“Brügge” isə son turda “Bavariya”ya 0:4 uduzsa da, daha öncə “Monako” üzərində 4:1 hesablı qələbə qazanaraq Avropanın ən güclüləri arasında yer alıb.

Bizə qoşulun