Medianews.az
Azərbaycanda hansı avtomobillər daha sərfəlidir? –
671 baxış

Azərbaycanda hansı avtomobillər daha sərfəlidir? – Ekspertdən TÖVSİYƏ 

Azərbaycanda insanlar avtomobil seçərkən yalnız avtomobilin qiymətinə deyil, həm də yanacaq sərfiyyatına, texniki xidmət xərclərinə və ehtiyat hissələrinin əlçatanlığına diqqət yetirirlər. Xüsusilə şəhər və kənd şəraitində sürücülərin ehtiyaclarını ödəyən, ucuz və davamlı modellər daha çox üstünlük qazanır.

Bu səbəbdən bəzi avtomobil markaları həm qiymət, həm də texniki xidmət baxımından digər markalara nisbətən daha sərfəli görünür. Ölkədə hansı avtomobillərin daha sərfəli olduğu isə hələ də sürücülər arasında maraq doğuran mövzulardan biridir. Azərbaycanda hansı avtomobillər daha sərfəlidir? 

Mövzu ilə bağlı Medianews.az-a danışan nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, avtomobilin istehsal olunduğu ölkə və markası ikinci dərəcəli məsələdir.

Onun sözlərinə görə, əsas prioritet avtomobilin təhlükəsizlik və keyfiyyət standartlarına cavab verməsi, eləcə də hansı ölkə üçün istehsal olunmasıdır. 

Ekspert avtomobil alarkən istehsalçı zəmanətinə, servis mərkəzlərinin mövcudluğuna və ehtiyat hissələrinin asanlıqla əldə olunmasına xüsusi diqqət yetirilməsini tövsiyə edib.

Eldəniz Cəfərov vurğulayıb ki, Azərbaycanda daha qənaətcil, dözümlü, idarəetməsi rahat və təhlükəsiz avtomobillərə üstünlük verilir:

“Son dövrlərdə hibrit avtomobillərə maraq əhəmiyyətli dərəcədə artıb və bu tip avtomobillər ölkəyə Yaponiyadan, Cənubi Koreyadan, Avropadan, ABŞ-dan, eləcə də Çindən gətirilir”.

Oğuz Ayvaz 

Medianews.az 

Bizə qoşulun