Medianews.az
“Mənə yaxşı baxırlar, hökumət də, məhkəmə də sağ olsun” -
55 baxış

“Mənə yaxşı baxırlar, hökumət də, məhkəmə də sağ olsun” - Karen Avanesyan

Gəncədə istintaq təcridxanasında saxlanılan Karen Avanesyan saxlanma şəraitindən danışıb.

Medianews.az xəbər verir ki, “Barometr TV”yə danışan təqsirləndirilən şəxs şikayətinin olmadığını bildirib.

Azərbaycan dilində fikirlərini ifadə edən erməniəsilli sakin ona qarşı hər hansı zorakılıq halının olmadığını da deyib: “Nə sual olursa, verirəm, mənə də nə sual ünvanlansa, cavablandırıram. Yeməyi normal verirlər, yaxşı baxırlar. Hökumət də, məhkəmə də sağ olsun”.

Qeyd edək ki, ötən həftə Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyanın məhkəməsi başlayıb. Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İlkin İbişovun sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Onu da qeyd edək ki, bu il sentyabrın 14-ü Azərbaycanın Xankəndi şəhəri ərazisində odlu silah və döyüş sursatlarından atəş açılmaqla partlayışla nəticələnən terrorçuluq edilməsi, habelə terrorçuluqla əlaqədar 2-dən çox polis əməkdaşının qəsdən öldürülməsinə cəhd və digər faktlar üzrə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanılıb. Xankəndi şəhərinin 1967-ci il təvəllüdlü erməniəsilli sakini Karen Avanesyanın bir sıra xüsusilə ağır cinayətlər törətməsinə əsaslı şübhələr müəyyənləşib.

 

 

Bizə qoşulun