2025-ci il sentyabrın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 249 min 500 nəfərə çatıb.
Medianews.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, yanvar-avqust aylarında 63698 doğum, 39951 ölüm, 31403 nikah, 13869 boşanma qeydə alınıb, 2024-cü ilin eyni dövrünə nəzərən doğum 7 faiz, boşanmalar 4,8 faiz azalıb, ölüm halları 1,7 faiz, nikahlar 2,2 faiz artıb.
Rəsmi hesabata görə, hər 1000 nəfərə 9,3 doğum, 5,9 ölüm, 4,6 nikah, 2 boşanma düşüb.
Toğrul Əli,
Medianews.az