Medianews.az
Telefon mübahisəsi davaya çevrildi: <span style=color:red>Bir nəfər həyatını itirdi
151 baxış

Telefon mübahisəsi davaya çevrildi: Bir nəfər həyatını itirdi

Türkiyədə telefonla başlayan mübahisə küçə ortasında silahlı davaya çevrildi, hadisə nəticəsində Mustafa Sözen tüfənglə vurulub öldü. Medianews.az xarici mediaya istinadən bildiri ki, hadisə Türkiyənin Şuhut rayonunun Çakırözü kəndində baş verib. Əldə olunan məlumata görə, E.K. ilə Mustafa Sözen arasında hələlik məlum olmayan bir səbəbdən telefonla mübahisə olub. Mübahisə dava ilə nəticələndikdən sonra E.K. Sözenə tüfənglə atəş açıb. Hadisədə ağır yaralanan Mustafa Sözen, təcili tibbi yardım tərəfindən xəstəxanaya aparılıb. Lakin burada edilən müdaxilələrə baxmayaraq, Sözen həyatını itirib. Hadisə ilə bağlı araşdırma aparılır. Şübhəli E.K. isə saxlanılıb. Medianews.az

Bizə qoşulun