Medianews.az
Bu filmin kassa gəliri <span style=color:red>500 milyon dolları ötdü
196 baxış

Bu filmin kassa gəliri 500 milyon dolları ötdü

"The Numbers" nəşrinin yazdığına görə, ABŞ-da istehsal edilən, "Universal" kino studiyasının blokbasterinə çevrilən "Yura dünyası dövrü: Dirçəliş" adlı filmin dünya üzrə kassa gəliri 500 milyon dolları ötüb. Medianews.az bildirir ki, bu barədə yerli, həmçinin xarici kütləvi informasiya vasitələri də məlumat yayıb. Yeni filmin ümumi gəliri 529 milyon dollar təşkil edir. Şimali Amerikanın çoxsaylı tamaşaçıları bu yeni, baxımlı bölümə 232 milyon dollarlıq gəlir qazandırıblar. Eyni zamanda, beynəlxalq bazarlarda nümayiş olunan film fantastik göstərici əldə etməklə 297 milyon dollar gəlir gətirib. Dinozavrlar haqqında olan bu fantastik filmdə Hollivud aktrisası Skarlett Yohansson, Conatan Beyli, Maherşala Əli və başqaları rol alıblar. Filmin yaradıcısı "Qodzilla" filminin rejissoru kimi məşhurlaşan Qaret Edvardsdır. Medianews.az

Bizə qoşulun