Medianews.az
Güneydə azərbaycanlıları <span style=color:red>silahlandırırlar?
193 baxış

Güneydə azərbaycanlıları silahlandırırlar?

İranın Qərbi Azərbaycan əyalətində Azərbaycan türklərinin silahlandırıldığı haqda kürd mənbələri ilə yanaşı Türkiyə televiziyalarının da məlumat yayması göstərir ki, bu xəbərin həqiqət olma ehtimalı çoxdur. Bütün mənbələr bunun İranın son 46 illik tarixində ilk dəfə yaşandığını qeyd edirlər. Türkiyə mənbələri bu hadisəni İraqda bəzi kürd qruplarının silahlanmağa cəhd edərək Qərbi Azərbaycan əyaləti ilə həmsərhəd İraq ərazilərində toplaşması ilə əlaqələndirir. Yenə Türkiyə mənbələrinin məlumatına görə, terror təşkilatı PJAK və digər kürd qrupları İsraillə münasibət qurmağa və dəstək almağa cəhd etsələr də, yəhudi dövləti tərəfindən rədd ediliblər. Türkiyə mənbələrinin digər bir məlumatına görə, İsrailin 12 günlük əməliyyatı zamanı İranda öldürülən yüksək vəzifəli hərbiçilərin yerinə təyin olunan generalların demək olar hamısı Azərbaycan əsilli zabitlərdir. Rəsmi məlumata görə, prezident İlham Əliyev ötən gün İran prezidenti Məsud Pezeşkianla telefonla danışıb. İlham Əliyev Məsud Pezeşkianı bir daha iyulun əvvəlində (3-4 iyul) Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Sammitinə dəvət edib. Bu hadisə Pezeşkianın istefaya göndərilməsi ilə bağlı İran parlamentindəki Tehranın bəzi dairələrinin cəhdinə qarşı rəsmi Bakının Məsud Pezeşkiana dəstəyinin nümayişi hesab oluna bilər. Prezident İlham Əliyev əmin olsun ki, Güney Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi istiqamətində atacağı addımlar İkinci Qarabağ müharibəsi zamanı olduğu kimi Azərbaycan Respublikasının bütün vətəndaşları tərəfindən birmənalı dəstəklənəcək və təqdirlə qaşılanacaq. Xaqani Cəfərli, politoloq

Bizə qoşulun