Medianews.az
“Kürəkənim məsələsində gah mənim, gah da qızımın adını hallandırırlar, övladımı ona görə məhkəməyə çağırıblar ki..." <span style=color:red>-ÖZƏL+FOTO
306 baxış

“Kürəkənim məsələsində gah mənim, gah da qızımın adını hallandırırlar, övladımı ona görə məhkəməyə çağırıblar ki..." -ÖZƏL+FOTO

“Mənim qızımı həmin məhkəməyə şahid kimi çağırıblar. Kürəkənimin həyat yoldaşı olduğuna görə o da dindirilməlidir. Sadəcə olaraq bizim “peşəkar” jurnalistlər sensasiya axtarmaqdan ötrü bu məsələdə gah mənim, gah da qızımın adını hallandırırlar. Mənim başım çıxmır, bu qeyri-peşəkarlıq nəyə lazımdır ki? Elariz Məmmədoğlunun qızı rəssamlıq sahəsində böyük uğurlar əldə edib. 2-ci və 3-cü sərgilərinə hazırlaşır. Hətta sərginin içində bir neçə əsəri satılıb. Əlbəttə ki, 250-300 dollarla qızım milyoner olmayacaq, amma hər halda yaradıcı insandır. Onun vaxtı yaradıcılığa gedir. Eyni zamanda qızım yazıçıdır, bu günlərdə “Qırmızı fincan” adlı əsəri işıq üzü gördü. Bundan başqa qızım pianoçu, inglis dilindən tərcüməçidir. Bütün bunlara yiyələnmək üçün insana vaxt lazımdır, qızım da öz vaxtını və həyatını bu şeylərə sərf edir. Onun həyat yoldaşı küçədə-bacada nə işlə məşğuldursa özü bilər. Əlbəttə ki, gərək məşğul olmazdı. Nizami Alışanovun günahkar olmasına bir o qədər də inanmıram. Hazırda istintaq gedir. İstintaqın nəticəsi necə olacaqsa bunu zaman göstərəcək”. Bunu Medianews.az-a açıqlamasında Amerikada yaşayan tanınmış azərbaycanlı müğənni Elariz Məmmədoğlu deyib. O bildirib ki, belə qarayaxma kampaniyalarını tanınmış insanların üzündən etmək heç də doğru deyil: “Hər bir ideologiyada əgər günahkar bir insandırsa, o adamı axtarırlar, tapırlar, onu günahlandırırlar. O insanın ailəsi ilə, bacısı, qardaşı ilə işləri olmur. Yeganə kommunist ideologiyasıdır ki, tuta bilmədikləri adamın anasından, həyat yoldaşından, uşaqlarından qisas alırlar. Bu ideologiyaya nifrət edirəm. Əfsuslar olsun ki, kommunist ideologiyasının fəsadları hələ də bizim beynimizdə qalmaqdadır. Günahkarın yaxınlarından qisas almaq olmaz” deyə sənətçi bildirib. Elariz Məmmədoğlu vətəndən uzaqda da sənətlə məşğul olduğunu deyib: “Azərbaycandan Amerikaya gələn insanların arasında bəlkə də tək-tük insanlardanam ki, mən burada öz sənətimlə məşğulam. İnsanlar var ki, Azərbaycanda mühəndis olub, bura gəlib bərbər işləyir. Buna bənzər hadisələr çox olur. Mən çox az insanlardan biriyəm ki, müğənni olmuşam, bu gün də müğənniyəm. Burada mənim restoranda daimi yerim var. Biznesin rəhbəri başqa adamdır, mən burada müğənnilik edirəm. Bundan əlavə də başqa ştatlara toylara dəvət edirlər, konsertlərim olur. Demirəm aşıb-daşandır. Əlbəttə ki, vətən üçün, sizin üçün, dostlar üçün darıxıram. Bu qaçılmazdır. Çünki hər bir insanın öz vətəni var” deyə müğənni bildirib. Əli Əsgər,  Medianews.az

Bizə qoşulun