Medianews.az
Paşinyan kilsə rəhbərlərinə qarşı sərt bəyanat yaydı: <span style=color:red>“Eçmiədzini tərk etməlidirlər”
172 baxış

Paşinyan kilsə rəhbərlərinə qarşı sərt bəyanat yaydı: “Eçmiədzini tərk etməlidirlər”

Ermənistanın baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsində paylaşdığı yazıda erməni kilsəsinin iki nümayəndəsi — Ktriç Nersisyan (Qaregin II) və Samvel Xaçatryanı monastır andını pozmaqda ittiham edib. Onun sözlərinə görə, bu, təkcə mənəvi pozuntu deyil, Eçmiədzin divarları arasında qalmaq və kilsənin müqəddəslərinə toxunmaqla bir araya sığmayan hərəkətdir. Paşinyan xatırladıb ki, erməni kilsəsinin hər bir din xadimi xüsusi and içir və onu imzalayır. Bu andda o, iffət, kilsəyə və xalqa sədaqətini bildirir. “Monastır keşişlik andının pozulması ruhanilikdən uzaqlaşdırılmaq üçün mütləq əsasdır” – deyə Paşinyan qeyd edib və əlavə edib ki, bu cür hallarla bağlı ictimai səssizlik kilsənin təməl prinsiplərinə birbaşa təhdid təşkil edir. Baş nazir etiraf edib ki, əvvəllər yayılan şayiələrə əhəmiyyət verməyib, onları uydurma və dedi-qodu hesab edib. Lakin onun sözlərinə görə, indi əlində faktiki və sübut edilə bilən məlumatlar var. Bu vəziyyətdə isə, Paşinyanın fikrincə, susmaq “müqəddəslərə hörmətsizlik” və kilsənin tənəzzülünə şəriklik demək olardı. Ermənistanın baş naziri qeyd edib ki, monastır andını pozmuş Ktriç Nersisyan və Samvel Xaçatryan “erməni kilsəsinin müqəddəslərinə murdarlanmış əlləri ilə toxunmaq hüququna malik deyillər və Eçmiədzini tərk etməlidirlər”. Elçin Alıoğlu    

Bizə qoşulun