18.06.2025, 09:22
119 baxış
Nailə
Ozan Akbaba azərbaycanlı aktrisanın toyunda iştirak etdi
Məşhur aktyor Ozan Akbaba hazırda Bakıdadır.
BAKU.WS xəbər verir ki, o azərbaycanlı aktrisa Ləman Mərrihin toyuna qatılıb. Ləman rejissor Emil Abdullayevlə ailə qurub.
Onun məclisdən olan görüntüləri sosial şəbəkələrdə yayılıb. Ozan toya oğlu Ozan Ali ilə birlikdə təşrif buyurub.
Xatırladaq ki, Ozan Akbaba Buket Arıkanla evlidir.