12.06.2025, 13:07
73 baxış
Lamiyə
“Zirə” iki futbolçu ilə müqavilə imzaladı
“Zirə” 2 futbolçu ilə müqavilə müddətini uzadıb.
Klubdan "Unikal"a verilən məlumata görə, qapıçı Anar Nəzirovla 1 illik yeni sözləşmə imzalanıb.
Həmçinin son iki mövsümü icarə əsasında Bakı klubunda keçirən yarımmüdafiəçi İsmayıl İbrahimli 2 illik müqaviləyə qol çəkib. “Zirə” “Qarabağ”dan ayrılan futbolçunu birdəfəlik transfer edib.