Medianews.az
"Sən demisən ki, bizə finalda kömək ediblər" - <span style=color:red>Messi özündən çıxdı
92 baxış

"Sən demisən ki, bizə finalda kömək ediblər" - Messi özündən çıxdı

DÇ-2026-nın seçmə mərhələsinin 16-cı turu çərçivəsində səfərdə Kolumbiya yığması ilə 1:1 hesablı heç-heçə edən Argentina seçməsinin superulduzu Lionel Messi oyundan sonra rəqib futbolçu Xames Rodrigeslə onların Amerika Kuboku 2024-ün qalibi olmalarını tənqid etməsi barədə danışıb. Fanat.Az xəbər verir ki, "TyC Sports" rəqiblərin dialoqunu belə çatdırıb: Rodriges: Niyə? Mən axı heç nə deməmişəm. Messi: Demisən. Sən demisən ki, bizə finalda kömək ediblər. Sən çox danışırsan... Xatırladaq ki, sözügedən turnirin finalında Argentina məhz Kolumbiyanı 1:0 hesabı ilə yenmişdi.

Bizə qoşulun