08.06.2025, 06:41
125 baxış
Lamiyə
Ronaldo Klublararası DÇ-də oynayacaq?
Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kriştianu Ronaldo bu il ABŞ-də keçiriləcək Klublararası Dünya Çempionatında iştirak etməyəcək.
“Qafqazinfo” xəbər verir ki, 40 yaşlı hücumçu bu barədə özü məlumat verib.
O, bir neçə klubdan dəvət aldığını da deyib: “Çoxsaylı dəvətlərə, təkliflərə baxmayaraq, Klublararası Dünya Çempionatında iştirak etməyəcəyim dəqiqləşib. Müzakirələr, təmaslar olub. Lakin biz qısa, orta və uzunmüddətli perspektivdə düşünməliyik”.
Qeyd edək ki, Klublararası Dünya Çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək. Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası turnirə qatıla bilməyəcək.
Paylaş: