Medianews.az
Məşhur futbolçu <span style=color:red>koronavirusa yoluxub
115 baxış

Məşhur futbolçu koronavirusa yoluxub

Braziliyanın "Santos" klubunun futbolçusu Neymar koronavirusa yoluxub. 33 yaşlı hücumçu bu səbəbdən komandası ilə məşqlərə çıxmır. "Santos"un mətbuat xidmətindən bildirilib ki, ulduz oyunçu ev şəraitində bərpa prosesi keçir və həkimlərin göstərişinə uyğun müalicə kursu alır. O, iyunun 9-da təkrar tibbi müayinədən keçəcək. Qeyd edək ki, Neymar Braziliya yığmasının son rəsmi matçlarına da çağırılmayıb. Onu da əlavə edək ki, braziliyalı futbolçu vətəninə bu ilin yanvarında Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan qayıdıb. Bu müddət ərzində o, "Santos"da 14 matça çıxıb, 3 qol vurub, 3 assist edib. /Offsideplus.az

Bizə qoşulun