Medianews.az
Rusiyaya yollanan Kurban Berdıyev "Turan Tovuz" rəsmilərinin <span style=color:red>zənglərini açmır
173 baxış

Rusiyaya yollanan Kurban Berdıyev "Turan Tovuz" rəsmilərinin zənglərini açmır

Turan Tovuz"da baş məşqçi Kurban Berdıyev ilə bağlı qeyri-müəyyənlik yaşanır. Medianews.az  "Sport24"ə istinadən xəbər verir ki, "boz qurdlar"ın baş məşqçisi Kurban Berdıyev rəhbərliyin zənglərinə cavab vermir. İyunun 1-i və ya 2-si baş məşqçinin iştirakı ilə klub rəhbərliyinin iclası keçirilməli idi. Toplantıda yeni mövsümlə bağlı planlar cızılmalı və yeni heyətin formalaşdırılması ilə bağlı qərarlar qəbul olunmalı idi. Ancaq mövsümün sonunda Rusiyaya yollanan Berdıyevdən səs-soraq yoxdur. Rəsmilər bu günlərdə bir neçə dəfə 72 yaşlı mütəxəssislə əlaqə saxlamaq istəsələr də, mümkünsüz olub. Berdıyev Azərbaycandan gələn zənglərə cavab vermir. Qeyd edək ki, Berdıyevin çalışdırdığı "Turan Tovuz" 2024/25 mövsümünü 4-cü pillədə başa vurub və avrokuboklardan kənarda qalıb.

Bizə qoşulun