29.05.2025, 09:19
128 baxış
Nailə
Ulduz futbolçu "Arsenal"la vidalaşdı: Juninyonun yanına gedir
"Arsenal"ın yarımmüdafiəçisi Jorjinyo komandadan ayrıldığını açıqlayıb.
Publika.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşım edərək London klubu ilə vidalaşıb.
“Bəzən mövsüm təkcə futbolla bağlı olmur. Bu, anlar və insanlar haqqındadır. Daha yaxşı olmağa çalışmaq, özünü daha böyük bir şeyin parçası kimi hiss etmək haqqındadır.
"Arsenal"a gələndə özümü qalibiyyətə ac bir ailənin içində hiss etdim. Hər gün, hər oyunda əlimdən gələni etdim. Sadəcə nəticə üçün deyil, bu formanı, bu azarkeşləri təmsil etmək üçün. Start heyətində olsam da, ehtiyat oyunçular skamyasında əyləşsəm də, siz daim sevgi və dəstək göstərdiniz. Bu, futbolda tez-tez rast gəlinən hal deyil və unutmaq mümkün deyil.
İndi isə vida vaxtıdır. Yoxsa sadəcə “hələlik”? Özünü evdəki kimi hiss etdiyin yerdən ayrılmaq çətindir. Amma başım dik, qəlbim isə isti olaraq gedirəm. Təşəkkürlər, "Arsenal”, – deyə Jorjinyo yazıb.
Braziliya əsilli italiyalı futbolçu "Arsenal"da 2023–2025-ci illər aralığında çıxış edib. O, London klubunun heyətində 79 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Jorinyo karyerasını "Qarabağ"ın sabiq futbolçusu Juninyo Olavionun çıxış etdiyi Braziliyanın "Flamenqo" klubunda davam etdirəcək.