29.05.2025, 09:00
120 baxış
Lamiyə
Meşədə sirli ev tapdı – VİDEO
Böyük Britaniyanın Camelford şəhərində Shaun Piper adlı bir şəhər tədqiqatçısı tərk edilmiş bir evə girərək onu içəridən lentə alıb.
Medianews.az xəbər verir ki, Piper meşədə köhnə bi rev tapıb.
Onun sözlərinə görə, ev 2020-ci ildə dünyasını dəyişən qadına məxsusdur. O vaxtdan evin ətrafı kolluqlarla əhatə olunub, içəridəki əşyalar isə toz qatına çevrilib. Həmin şəxs binaya ikinci mərtəbənin pəncərəsindən daxil olub.
İçəridə Piper şöminənin üstündən asılmış sirli kəmərlər kolleksiyasını görüb. Onların hamısında müxtəlif formalı mis tokalar var idi. Bundan əlavə, Piperin dediyi kimi, ev qutular, otaq bitkiləri, lampalar, kupalar, kitablar və albomlarla doludur. Həmin şəxs otaqlardan birində DVD pleyer də tapa bilib. Piper qeyd edib ki, evin qəribə interyeri "zamanında donmuş kimi görünür".
Medianews.az