18.05.2025, 11:01
131 baxış
Nailə
Qvardiolanın belə günü olmamışdı
Pep Qvardiola bir mövsümdə məğlubiyyətlə bağlı şəxsi antirekordunu qırıb.
Publika.az xəbər verir ki, mayın 17-də ispan mütəxəssisin rəhbərlik etdiyi “Mançester Siti” İngiltərə kubokunun finalında "Kristal Pelas” a uduzub (0:1).
“Şəhərlilər”in baş məşqçisi bu mövsüm 16-cı matçında məğlub olub. Bu, onun bütün məşqçilik karyerasında ən pis göstəricidir.
Qvardiola İngiltərədə işləməmişdən əvvəl “Barselona” və “Bavariya”nı çalışdırıb.
Paylaş: